ABŞ kəşfiyyat PUA-sı Rusiya ərazilərində uçur

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) Qara dənizin neytral sularında görüntülənib. 
Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Lenta.ru “Flightradar” uçuş izləmə portalından məlumat əldə edib.
Onun sözlərinə görə, FORTE12 çağırış nişanlı RQ-4B Global Hawk pilotsuz təyyarəsi İtaliyanın Siciliya adasındakı NATO-nun Siqonella hərbi-hava bazasından havaya qalxıb və Moskva vaxtıyla saat 10:30-da Rusiyanın cənub ərazilərində müşahidə edilib.
Pilotsuz təyyarə Sevastopoldan düz xəttlə təxminən 120 kilometr məsafədə yaxınlaşaraq Krım sahilləri boyunca dövrə vurmağa başlayıb. Qurğu artıq altı saatdır ki, kəşfiyyat məlumatları toplayır, verilmiş trayektoriya üzrə 15-16 kilometr hündürlükdə orta hesabla saatda 900 kilometr sürətlə irəli-geri hərəkət edir.
Rusiyada casusluq edən NATO ölkələrinin təyyarə və dronlarının görünməsi tez-tez baş verir. Bu təyyarələr əvvəllər Ukraynanın münaqişə zonası yaxınlığında, eləcə də Kalininqrad vilayətində və Rusiyanın şimal ərazilərində peyda olub.
Fevralın 8-də Kiyev nümayəndələrinin Rusiyadakı hədəflərə zərbə endirmək çağırışı fonunda Qara dəniz üzərində oxşar Amerika qurğusu müşahidə edilib. Daha sonra pilotsuz təyyarə Krım və Kuban sahilləri boyunca dövrə vurub.