“Kanada hökuməti son 12 ay ərzində ABŞ-ın ölkəyə qarşı mümkün hərbi müdaxiləsi ehtimalını da risk ssenariləri sırasında qiymətləndirib”.
Globalinfo.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.
O qeyd edib ki, bununla belə, Ottava belə bir hadisənin başvermə ehtimalını olduqca aşağı hesab edir.
Baş nazir Prezident Donald Trampın Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı səsləndirdiyi fikirlər fonunda bunları bildirib:
“Hərbi müdaxilə hazırda Kanada üçün əsas təhlükə ssenarisi sayılmır. Belə bir ehtimala ümumiyyətlə, hazırlaşmamaq doğru yanaşma olmazdı”.
Mark Karni Kanada ordusunun ABŞ-ın “Starlink” peyk rabitə sistemindən asılılığını azaltmaq niyyətində olduğunu da açıqlayıb.
O bildirib ki, Ottava alternativ rabitə imkanlarının yaradılması məqsədilə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Safura Bənnayeva
Globalinfo.az