ABŞ istəyir ki,Türkiyə Ermənistanın şərtlərini qəbul etsin – Kalın

ABŞ Türkiyədən Ermənistanın bu ölkəyə qarşı irəli sürdüyü bütün şərtləri qəbul etməsini istəyir.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə “Haber Türk” kanalına müsahibəsində Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar, “S-400”lərin geri göndərilməsi məsələsində də Ankaraya təzyiq göstərir, lakin Ankara müstəqil siyasət yürütməyə davam edir.