seudiyyeee

“Səudiyyə Ərəbistanı ABŞ-dan təhlükəsizliyinə zəmanət qarşılığında İsraillə münasibətləri normallaşdırmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Səudiyyəlilər zəng etmişdilər, onlar İsraili tanımaq istəyirlər”, – o bildirib.

Bayden Səudiyyənin bunun qarşılığında Fələstinlə bağlı şərt irəli sürüb-sürməməsi ilə bağlı məsələyə aydınlıq gətirməyib.

ABŞ Prezidenti həmçinin əlavə edib ki, Vaşinqton Səudiyyə Ərəbistanı üçün mülki nüvə obyekti yaradacaq. O bu obyektin ABŞ hərbçiləri tərəfindən istifadə olunacağını və Ər-Riyada yanacaqdan istifadəni azaltmağa kömək edəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: