iraq 9

ABŞ Silahlı Qüvvələri İran və İraq sərhədində yerləşən “Şalamçe” sərhəd-keçid məntəqəsinin olduğu əraziyə zərbə endirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “SNN” agentliyi məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində azı 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Məlumata görə, sərhəd-keçid məntəqəsinin fəaliyyəti davam edir, zərərçəkənlərə hadisə yerində yardım göstərilir.

Paylaş: