ABŞ İranın Xark adasında lövbər salmış “Belma NI 22” neft tankerinə raket zərbəsi endirib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, çənləri boş olan tanker iki gün əvvəl də vurulub.
Bildirilir ki, tankerin vurulmasında məqsəd onun neft ixrac terminalında fəaliyyət göstərməsinin qarşısını almaq olub.
Qeyd edək ki, İranın neft ixracının böyük hissəsi Xark adası vasitəsilə həyata keçirilir.