648648628 936143168873129 5643261212334038212 n

ABŞ hökumət rəsmiləri İrana məxsus strateji neft ixrac terminalı olan Xarq adasının ələ keçirilməsi imkanını müzakirə ediblər”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu ada İranın xam neft ixracının təxminən 90 faizini idarə edir.

“Müzakirələr Xarq adasının İranın neft ixrac infrastrukturu üçün strateji əhəmiyyətini və bunun qlobal neft bazarına potensial təsirini əks etdirir.

Belə bir addım İranın neft ixracına ciddi təsir göstərə və iki ölkə arasındakı gərginliyi daha da artıra bilər”, – deyə bildirilib.

da

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: