
“İrana qarşı hərbi əməliyyatlarda quru qüvvələrdən istifadə səmərəsiz və vaxt itkisidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, mövcud vəziyyətdə belə planlarının olmadığını qeyd edib:
“İrana qarşı quru əməliyyatları vaxt itkisindən başqa bir şey deyil. İran artıq hərbi baxımdan böyük itkilərə məruz qalıb, donanması və hər hansı digər potensial zərər verə biləcək qüvvələri demək olar ki, tükənib.
İrana edilən zərbələrin intensivliyi yaxın gələcəkdə daha da artacaq”.
Safura Bənnayeva
Globalinfo.az