Tramp bəyan edib ki, hazırda Vaşinqtonun İsfahandakı nüvə obyektlərinin qorunması üçün İrana ABŞ qoşunları göndərmək planı yoxdur.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində deyib.
O, İranın yeraltı uranın zənginləşdirilməsi obyektinin mühafizəsi üçün ABŞ hərbçilərinin yerləşdirilməsi ehtimalı ilə bağlı suala belə cavab verib:
“Bu məsələ ilə bağlı heç bir qərar qəbul etməmişik. Hətta bunu heç ağlımızdan da keçirmirik”, – Tramp vurğulayıb.
Qəzetin məlumatına görə, ABŞ prezidenti həmçinin İranın yeni ali dini lideri Müctəba Xamenei ilə münasibətləri necə qurmağı planlaşdırdığı barədə təfərrüatları açıqlamayıb.
Əliyar Xəlil