abs

ABŞ-ın İran tankerinə hücumu nəticəsində bir dənizçi həlak olub, daha 10 nəfər yaralanıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Əl Cəzirə” telekanalı İranın Minab dairəsinin qubernatoru Məhəmməd Radmehrə istinadən məlumat yayıb.

Radmehr bildirib ki, xilasetmə qrupları itkin düşən daha dörd dənizçinin axtarışlarını davam etdirir.

Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın ticarət gəmisinə hücum etdiyi, nəticədə 10 nəfərin yaralandığı, beş nəfərin isə itkin düşdüyü açıqlanıb.

Əliyar XƏlil

Globalinfo.az

Paylaş: