abs iran

“Yaxın Şərqdə vasitəçi ölkələr ABŞ və İran arasında atəşkəs danışıqlarının yenidən bərpa olunmasına nail olmağa çalışırlar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Associated Press” mənbələrinə istinadən məlumat yayıb.

“Diplomatların tərəfləri yenidən dialoqa qaytarmaq cəhdləri iyulun 28-29-da ABŞ və İran arasında növbəti qarşılıqlı zərbələrdən sonra başlayıb”, – deyə bildirilib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ aviabazasına hücum edib, ABŞ Prezidenti Donald Tramp isə İran ərazisinə güclü zərbələr endirməklə hədələyib.

Bununla belə, “The Wall Street Journal”ın amerikalı rəsmiyə istinadən yazdığına görə, bu zərbələr İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başladığı anlamına gəlmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: