islamabad 1

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında planlaşdırılan danışıqlar ərəfəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri tətbiq edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb.

İran və ABŞ nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün şəhərə 10 mindən çox təhlükəsizlik qurumlarının əməkdaşı cəlb edilib.

Yol hərəkətinin tənzimlənməsi üçün isə İslamabadın yol polisi və milli avtomobil yolları xidmətinin əməkdaşları səfərbər olunub.

Həmçinin hökumət binalarının ətrafında mühafizə xidməti gücləndirilib və əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Xatırladaq ki, bu gün İslamabadda ABŞ və İran nümayəndələri arasında görüş keçirilməsi planlaşdırılır.

b0ebfc0f 4564 48a6 88db ffcd0710fb4a 1
cb92ef62 d6e7 4fff a7ac 22780c3b04e0
thumbs b c c0a0bd49c4e75fdbb5fdf6f00b018947

Paylaş: