ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth social” sosial şəbəkəsində yazıb.
“İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!”, – o qeyd edib.
O, həmçinin başqa bir paylaşım edib və orada WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.
“WTI markalı neft – 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!”, – Tramp vurğulayıb.