ABŞ Ukraynaya yeni səfir təyin edib.
Globalinfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryusun açıqlamasına görə, Culiya Deyvis Ukraynaya yeni səfir təyin olunub.
“Deyvis ali diplomatik xidmətin təcrübəli əməkdaşıdır və nazir-məsləhətçi rütbəsinə malikdir. O, beynəlxalq diplomatiya sahəsində zəngin təcrübəyə sahibdir və son 30 il ərzində bir sıra əsas vəzifələrdə çalışıb”, – deyə Bryus bildirib.
Qeyd edək ki, hazırda Deyvis ABŞ-ın Kiprdəki səfiridir və bu vəzifəni 2023-cü ilin fevralından icra edir.
Aysel Əliyeva
Globalinfo.az