“Ukrayna Rusiya ilə silahlı münaqişənin həlli üçün istənilən danışıqlarda həlledici söz sahibi olmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navroçki deyib.
“İstənilən sülh planı Kiyevdə qəbul edilməlidir ”, – deyə o vurğulayıb.
Navrotski qeyd edib ki, Avropada sülh və təhlükəsizliyə dair istənilən razılaşma yalnız bütün maraqlı tərəflərin iştirakı ilə əldə edilə bilər.
Siyasətçi ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planına da münasibət bildirib və Moskvanı müqavilələrə əməl etməməkdə ittiham edib.
Safura Bənnayeva
Globalinfo.az