1765203738 4eae3567983c1231f0a02fedd85293dd 16

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın sülh planının 28 bənddən 20 bəndə endirildiyini açıqlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, lakin ərazi məsələsində heç bir güzəşt yoxdur.

Zelenski həmçinin müharibənin bitməsi ilə bağlı düşüncələrinin ABŞ prezidenti Donald Trampın düşüncələrindən fərqli olduğunu bildirib.

Dövlət başçısı sülh planı layihəsinin Ukrayna və Avropa Birliyi təhlükəsizlik müşavirlərinin iştirakı ilə yekunlaşdırılacağını və çərşənbə axşamı ABŞ-a göndəriləcəyini deyib.

Paylaş: