Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Ukrayna ilə danışıqlara haızrdır.
ABŞ-ın Ukraynaya yardımı azaltdığı ərəfədə Rusiyanın həm cəbhədə ciddi irəliləyiş əldə etməsi, həm də danışıqlar istiqamətində fikirlər səsləndirməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi fonunda ABŞ-ın rəsmi Kiyevə lazımi yardımları etməməsi Moskvanın təşəbbüsü ələ alması ilə nəticələnib:
“Qlobal müstəvidə Rusiyanın mövqeyi güclənir. Rəsmi Moskvanın Kiyevlə danışıqlar aparacağını gözləmirəm. Rusiyanın əsas niyyəti Ukraynanı tamamilə işğal etmək, hakimiyyət dəyişikliyinə nail olmaqdır. Ona görə də hücum intensivliyini daha da genişləndirəcək.
Qərbin Kiyevi tam şəkildə dəstəkləməməsi Moskvanın maraqlarına xidmət edir. ABŞ-ın etdiyi bu strateji səhv Ukraynanın məğlubiyyəti ilə nəticələnə bilər. Rusiya digər əraziləri də işğal etsə, Kiyevdə hakimiyyət dəyişikliyi olacaq “.
Safura Bənnayeva
Globalinfo.az