ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Azərbaycana gəldi

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.

Globalinfo.az bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, 2 gün davam edəcək səfərdə Azərbaycan-Ermənistan diplomatik münasibətləri müzakirə olunacaq.