ABŞ-ın mühüm adamı Ermənistanda: Qriqoryan Lui Bono ilə nələri müzakirə etdi?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qriqoryan özü məlumat verib.

O, Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsini müzakirə etdiyini bildirib.

“Biz həmsöhbətimlə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə etdik. Danışıqlar prosesi çərçivəsində baş verən son hadisələrə və uzunmüddətli sülhün bərqərar olması perspektivlərinə toxunduq. Görüşdə ikitərəfli gündəliyə daxil olan məsələlərə də yer ayırdıq”, – Qriqoryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az