ABŞ-ın İraqdakı hərbi bazasına zərbə – PUA-nı İran vurub? – VİDEO

21:51

ABŞ-ın İraq Kürdüstanındakı hərbi bazasına PUA hücumu olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumada qeyd olunub ki, zərbə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki hava limanı ərazisinə endirilib. ABŞ-yə aid MQ-9 pilotsuz uçuş aparatı (PUA) vurulub.

ABŞ-ın bölgədəki konsulluğunda həyəcan təbili çalınıb.

PUA-nı İranın vurması ehtimalının yüksək olduğu bildirilir.

PUA-nın vurulması ilə bağlı görüntüləri təqdim edirik: