markedonov

“Ermənistan hakimiyyəti hər yerdə, hətta Rusiyada da təhlükəsizlik mənbələri axtarmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O, ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq sazişinə də münasibət bildirib.

“16 il əvvəl ABŞ Gürcüstanla analoji sənəd imzalamışdı. Lakin ötən ilin noyabrında Dövlət Departamentinin sözçüsü Metyu Miller vasitəsilə bu razılaşmanın dayandırıldığını elan etdi. Belə çıxır ki, Vaşinqton Zaqafqaziyada itirdiyi geosiyasi gəliri qonşu Ermənistanın hesabına kompensasiya etmək qərarına gəlib. Yeni sazişlər regional təhlükəsizlik dizaynını dəyişə bilər. İrəvan Azərbaycanın ritorikasından, Ankara ilə müttəfiqliyindən, Moskvanın Ukraynaya diqqət yetirməsindən narahatdır. Amma Ermənistanın Qərbə doğru hərəkəti Rusiya və İran tərəfindən gözlənildiyi kimi birmənalı qarşılanmır. Qərb və ABŞ Ermənistanın “qərbləşməsinə” daha çox instrumental yanaşır. Onlar Moskva və Tehranın Ermənistana təsirini zəiflətməyə çalışırlar. Daha sonra nələrin baş verəcəyini hamımız görəcəyik”, – deyə Markedonov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: