vens 3 900x600 1

Xarici terror qruplaşmaları dələduzluq yolu ilə ABŞ-ın büdcə vəsaitlərini ələ keçirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J. D. Vens deyib.

O “Fox News” telekanalına müsahibəsində bildirib ki, federal proqramlar çərçivəsində ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir.

“Biz müəyyən etmişik ki, bəzi xarici ölkələrin hakimiyyət orqanları və əcnəbi terror təşkilatları potensial olaraq bu resurslar hesabına zənginləşiblər”, – Vens deyib.

O, hansı qruplaşmaları və proqramları nəzərdə tutduğunu dəqiqləşdirməyib. Vensin sözlərinə görə, ABŞ-da qeyri-qanuni miqrantların dələduzluq yolu ilə maliyyə yardımı alaraq bu vəsaitləri Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkokartellərə yönəltdiyi hallar olub. ABŞ administrasiyası həmin kartellərin bir çoxunu terror təşkilatı hesab edir.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vens ABŞ-da dələduzluqla mübarizəyə cavabdeh olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: