ABŞ-ın bu ifadəsi teraktla bağlı sübutdur – Zaxarova

“Krokusda baş verən terror aktı ilə bağlı təhqiqat başa çatana qədər Vaşinqtonun Kiyevə bəraət qazandıran hər hansı açıqlaması sübut kimi qəbul edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Qeyd edək ki, martın 22-də Moskvada yerləşən “Krokus Siti Holl”a silahlı hücum edilib. Nəticədə ricarət mərkəzi yanıb, 133 nəfər ölüb, 140-dan çox insan yaralanıb. ABŞ hadisə ilə bağlı Rusiyaya başsağlığı verib, həmçinin rəsmi Kİyevin terror aktı ilə əlaqəsinin olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az