
“ABŞ Asiyada NATO yaratmaq niyyətində deyil, lakin ölkənin regiondakı müttəfiqlərini birləşdirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Asiyadakı planlarını şərh edərkən deyib.
O bildirib ki, ABŞ Asiyada NATO-nun analoqunu yaratmağa yox, ölkənin regiondakı müttəfiqlərini birləşdirməyə çalışır. Söhbət təkcə müdafiə sahəsindən yox, həm də iqtisadi əlaqələrdən gedir.
Sallivan Yaponiya, Cənubi Koreya, Filippin, Avstraliya və Böyük Britaniyanı Amerikanın müttəfiqləri siyahısında qeyd edib.
Xatırladaq ki, daha öncə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin vitse-prezidenti Viktor Ça Pobeda bildirib ki, Donald Trampın prezident seçkilərində qalib gəlməsi Koreya yarımadasında nüvə silahının inkişafına səbəb ola bilər.
Müşviq Tofiqoğlu
Globalinfo.az