ABŞ-ı Bayden idarə etmir – Növbəti prezident o şəxs olacaq

Secret Service claims it has 'no records' of who visits Joe Biden in Delaware

Ağ Evin sabiq həkimi Prezident Co Baydenin səhhətinin pis olduğunu, vəzifəsini icra etməyə uyğun olmadığını söyləyib. Baydenin səhhətinin pisləşməsi fonunda isə keçmiş prezident Donald Tramp yenidən aktivləşib. O, hakimiyyətə gəlmək üçün elektoratını başına toplamağa başlayıb.

Maraqlıdır, ABŞ nə üçün yaşı ötmüş iki liderin əsirinə çevrilib? Ölkədə iqtidara gələ biləcək normal siyasi və fiziki göstəriciyə malik şəxs yoxdurmu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bir çox ölkələrdən fərqli olaraq, ABŞ-da prezident simvolik fiqurdur:

“Ölkənin daha böyük güclər, bəlkə də, “dərin dövlət” dediyimiz fenomen idarə edir. Əks halda normal yeriyə bilməyən, nitqində dəfələrlə səhv edən Bayden ölkəni idarə edə bilərdimi?

ABŞ-da prezidentlər daha çox sözdə siyasəti idarə edirlər. Məsələn, bundan əvvəlki dövlət başçısı Donald Tramp daha loyal idi. Bayden isə radikaldır. Hazırda növbəti prezident seçkiləri üçün mübarizə bu iki siyasi fiqur arasında gedir. Ona görə yox ki, ABŞ-da prezidentliyə namizəd, yaxud ölkə rəhbəri olmaq istəyən başqa adam yoxdur. Ona görə ki, siyasi sistem fərqlidir.

ABŞ-da oturuşmuş sistem var və hakimiyyətə gələn istənilən şəxs bununla ayaqlaşmalıdır. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski bugünlərdə demişdi ki, o, ABŞ-da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Vaşinqtonun Kiyevi dəstəkləyəcəyinə inanır. Əlbəttə, belə də olacaq.

Növbəti prezident seçkilərində Trampın şansı çoxdur, çünki ölkəni daha uğurla idarə edirdi. Həm də səhhəti Baydenə mane olur. Buna baxmayaraq, tamam fərqli, sürpriz bir adla da qarşılaşa bilərik”.

Turan Rzayev
Globalinfo.az