ABŞ ordusunun Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən istefa verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibi Şon Parnell məlumat verib.
“Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan administrasiyadakı vəzifəsindən gedir”, – Parnell bildirib.
O, istefanın səbəbi barədə heç bir açıqlama verməyib.
Felanın vəzifəsini müvəqqəti olaraq onun birinci müavini Hanq Kao icra edəcək.