Suriyanın şərqindəki ABŞ bazası raket atəşinə tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti yerli mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Suriyanın şərqindəki Deyr əz-Zorda yerləşən Amerika bazasına 7 raket atılıb.

Onlardan üçü bazanın ərazisinə düşüb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika bazaları vaxtaşırı hücumlara məruz qalır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: