ABŞ gəmisi Çanaqqala boğazından keçdi

ABŞ donanmasına məxsus “USS Mount Whitney” adlı, 200 metr uzunluğunda amfibiya komanda-nəzarət gəmisi Çanaqqala boğazından keçərək Egey dənizinə doğru yola düşüb.

Globalinfo.az xəbər verir ki, Mərmərə dənizindən Çanaqqala boğazına girən “USS Mount Whitney” döyüş gəmisi boğazda manevr etmək üçün ən çətin nöqtə olan Nara burnundan dönüş edib.

ABŞ hərbi gəmisini təhlükəsizlik səbəbilə Türkiyə Sahil Mühafizəsinin katerləri müşayiət edib.