Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “EAGLE PARTNER-2025” adlı erməni-amerikan birgə hərbi təlimi keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadası, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.
Bildirilir ki, tibbi evakuasiya prosedurlarına diqqət yetirməklə sülhməramlı tapşırıqların hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.
Əliyar Xəlil
Globalinfo.az