ABŞ-Ermənistan təliminin səbəbi… – Sərkisyan açıqladı

“ABŞ-ın Ermənistanla birgə hərbi təlimlər keçirməsi strateji tərəfdaşlıq formalaşdırmaq deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Suren Sərkisyan deyib.

O bildirib ki, erməni siyasətçilər şişirtməyə çalışsalar da, bu, sıradan təlimdir:

“Dünəndən etibarən ABŞ-ın Ermənistanla təlimi məsələsi çox şişirdilir. Bu təlimlər xüsusi məna kəsb etmir. Belə təlimlər Gürcüstan, Qazaxıstan, Albaniya, həmçinin onlarla başqa Avropa, Asiya, Afrika və Ərəb ölkələri ilə də keçrilib. Ona görə də bu təlimlər Vaşinqton-İrəvan münasibətlərinin yeni mərhələsi kimi başa düşülməməlidir”.

Qeyd edək ki, sentyabrın 11-dən 20-dək Ermənistan və ABŞ-ın “EAGLE PARTNER-2023” birgə hərbi təlimləri (Ermənistan ərazisində) keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az