ABŞ Dövlət Departamenti: Açıq şəkildə bəyan etmişik ki, Bakı və İrəvan… 

“Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük”, – o qeyd edib.

Sözçü bildirib ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.