Donald Trampın İrana qarşı səsləndirdiyi hədələr fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) strateji əhəmiyyət daşıyan “B-52” bombardmançısının videogörüntüsünü yayıb.
Globalinfo.az xəbər verir ki, bu nəhəng təyyarə təkcə adi silahlar deyil, həm də nüvə başlıqları daşımaq potensialına malikdir.
“Əgər “B-52″ işə qarışırsa, bu, heç vaxt bərabərsəviyyəli döyüş olmur”, – CENTCOM-un “X”dəki paylaşımında Pit Heqsetdən sitat gətirilib.