ABŞ-dan xəbərdarlıq: Bir milyon insanın həyatı təhlükədədir

“Rafah əməliyyatı 1 milyon insanın həyatını riskə atacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, girovların azad edilməsi ilə bağlı razılaşma belə bir nəticədən qaçmağın ən yaxşı yoludur.

Kirbi Netanyahu və Bayden arasında baş tutan telefon danışığına da toxunub:

“Biz 1 milyondan çox günahsız insanın həyatını potensial təhlükə altına sala biləcək Rafah əməliyyatı ilə bağlı fikirlərimizi açıq şəkildə ifadə etmişik. Baş nazir Netanyahu ilə telefon danışığı zamanı prezident bir daha açıq şəkildə bildirdi ki, girovların azad edilməsi ilə bağlı razılaşma bu nəticədən qaçmağın ən yaxşı yoludur”, – Kirbi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az