ABŞ-dan Türkiyədə baş vermiş terakta REAKSİYA

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin X sosial şəbəkəsindəki bəyanatında qeyd edilib.

“Birləşmiş Ştatlar Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə bu gün törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – bəyanatda deyilir.