628b9a3c02e8bd30ba29ea4b

ABŞ Tayvanla son 30 ilin ən böyük silah müqaviləsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib:

“Biz Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün yeni hərbi yardım paketini tətbiq etməklə və son 30 ilin ən böyük silah müqaviləsini təsdiqləməklə Tayvanın özünümüdafiə imkanlarını gücləndiririk.”

Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Lakin rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Məlumat üçün bildirək ki, Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək “vahid Çin” siyasətini tanıyıb və Çin Xalq Respublikası ilə əlaqələr qurub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: