tammi

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus dövlət katibi Marko Rubionun Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı açıqlamasından danışıb.

Globalinfo.az xəbər verir ki, o, sözügedən bəyanatın vacib olduğunu vurğulayıb.

T.Bryus Vaşintqonun Bakıİrəvan arasında gedən proseslərdə fəal iştirak edib-etməməsi haqda suala cavab verib.

“İştirak etdiyimiz bir çox razılaşmalardan, atəşkəslərdən və dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi. Daha çox təfərrüat əldə etdikdən sonra onlar təqdim ediləcək”, – deyə sözçü bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: