ABŞ-dan ŞOK – bu prezidentin başına 25 milyon mükafat qoydu

ABŞ-dan ŞOK - bu prezidentin başına 25 milyon mükafat qoydu

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və daxili işlər naziri Diosdado Kabelonun həbsinə kömək edənlərə mükafat təqdim etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, mükafatın məbləği 25 milyon dollardır.

Venesuela müdafiə naziri Vladimir Padrino barədə məlumata görə isə 15 milyon dollarlıq mükafat təyin olunub.

Qeyd edək ki, ABŞ Maduronun prezident seçkisində qələbəsini tanımayıb. Rəsmi Vaşinqton Maduronun əvəzində Venesuelanın legitim təmsilçisi kimi müxalifəti görür.

Globalinfo.az