scale 1200 7

Moskva və Kiyev razılığa gəlməsə, ABŞ sülh danışıqlarından çıxacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens deyib.

“Biz artıq nəticə görmək istəyirik. Görmək istədiyimiz və həqiqətən sevinəcəyimiz əsas məsələ Rusiya və Ukraynanın masaya real sülh təkliflərini qoyması olardı”, – Vens bildirib.

O qeyd edib ki, Ukrayna ilə bağlı danışıqlar qismən dalana dirənib, lakin ABŞ sülhün təmin olunması yolunda tərəfdaş ola bilər.

“Biz buna son qoymaq istəyirik. Əgər bacarmasaq, deyəcəyik: “Cəhd etməyə dəyərdi, lakin biz daha bununla məşğul olmayacağıq”, – Vens əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: