ordu

ABŞ ordusu ilk dəfə orbitdə yerləşdirilən kosmik silahının olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk danışıb.

O bildirib ki, yeni sistem həm də potensial rəqiblərin çəkindirilməsi məqsədi daşıyır.

“Vaşinqton Post” qəzeti yazır ki, bu açıqlama ABŞ-ın kosmosda özünün hücum xarakterli imkanlarının mövcudluğunu ilk dəfə açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilir:

“Rəsminin çıxışı son illərdə Rusiya və Çinin orbitdə mümkün hücum xarakterli fəaliyyətləri ilə bağlı Vaşinqtonda səsləndirilən xəbərdarlıqlar fonunda verilib. İddialara görə, bu fəaliyyətlərə lazer texnologiyalarından istifadə və radioelektron maneələrin yaradılması da daxildir”.

Nəşr qeyd edib ki, ABŞ-ın kosmik silahı düşmən peyklərinin məhv edilməsi üçün istifadə oluna bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: