ABŞ öz vətəndaşlarını istənilən reyslə Livanı tərk etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı səfirliyi məlumat yayıb.
Geri qayıtmağa maddi imkanı olmayan ABŞ vətəndaşları repatriasiya krediti şəklində maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər.
“Biz Livanı tərk etmək istəyənlərə əllərində olan hər hansı bir bileti bron etməyi məsləhət görürük. Evə qayıtmaq imkanı olmayan ABŞ vətəndaşları maliyyə məsələləri ilə bağlı səfirliklə əlaqə saxlaya bilərlər. Onlara repatriasiya kreditləri şəklində yardım göstəriləcək”, – məlumatda deyilir.
Diplomatik nümayəndəliyin qeyd etdiyi kimi, bir çox reyslərin ləğv olunmasına baxmayaraq biletlər satışda qalır. Ona görə də, vətəndaşlar ABŞ Silahlı Qüvvələrinin təxliyəsinə ümid etməməlidirlər.
“Biz Livanı tərk etməməyi seçən ABŞ vətəndaşlarına fövqəladə hallar planı hazırlamağı və uzun müddət sığınacaqda qalmağa hazır olmağı tövsiyə edirik”, – bəyanatda deyilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az