ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Körfəz ölkələrini İsrail və İran arasında seçim etməyə çağırıb. Onun sözlərinə görə, son müharibə İsraillə münasibətlərin normallaşdırılmasının üstünlüklərini açıq şəkildə göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Bir tərəf seçin. Körfəz ölkələri artıq onlar üçün əsas təhlükənin kimdən gəldiyini müəyyən etməlidirlər. Bunun İran, yoxsa İsrail olduğunu aydınlaşdırmalıdırlar. İsrail sizin təbii düşməniniz deyil. İsrail sizi məhv etməyə çalışmır, torpaqlarınızı ələ keçirmək istəmir və yaşayış məntəqələrinizə raket zərbələri endirmir”, – səfir vurğulayıb.
Xatırladaq ki, BƏƏ-nin İrana qarşı zərbələrdə iştirak etdiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, rəsmi şəkildə təsdiqlənməyən bu əməliyyatlar çərçivəsində İranın Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodu da hədəf alınıb. Ancaq BƏƏ bu iddiaları ictimai şəkildə təsdiqləməyib.
Əliyar Xəlil
Globalinfo.az