ABŞ-dan Laçın yolu açıqlaması: Hər şeyi edəcəyik!

“Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının nizamlanması üçün Bakı və İrəvanla danışıqlara davam edirik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

“Biz hər iki tərəflə birbaşa danışıqlara davam edirik və bunu ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də beynəlxalq institutlarla həyata keçiririk. Keçən il bizim həmçinin bir sıra üçtərəfli görüşlər keçirmək imkanımız olub. Biz bu ciddi məsələlərin daha effektiv həlli üçün hər şeyi edəcəyik”, –o bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin vəziyyəti haqqında ətraflı təsəvvürü var.

Prays Laçın yolu ətrafında yaranan situasiyanın həllinin vacib olduğunu vurğulayıb.

Zaira Akfiqızı
Globalinfo.az