ABŞ-dan husilərlə bağlı qərar

ABŞ husiləri yenidən terror təşkilatları siyahısına salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat verib.

Qeyd edək ki, keçmiş Amerika lideri Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında husiləri terror təşkilatları siyahısına daxil etmişdi. 2021-ci ilin fevralında isə Co Bayden administrasiyası husiləri terror təşkilatları siyahısından çıxarmışdı.