c024e6385c46519

“ABŞ HƏMAS-ın Qəzzada atəşkəs təklifinə verdiyi cavabdan razı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ Həmas-ın bu həftənin əvvəlində verdiyi cavabdan narahatdır. Çünki bu, çox vaxt aparır və razılaşmanın əldə olunmasını gecikdirir. Ona görə də, ABŞ-ı qane etmir.

Miller, İsrail və Həmas arasında münaqişə boyu vasitəçilikdə mühüm rol oynayan Qətərə təşəkkür edib və onu atəşkəs əldə etmək üçün yorulmadan çalışan müstəsna tərəfdaş adlandırıb.

“Yaxın həftələrdə hansı vəziyyətə düşə biləcəyimizi proqnozlaşdırmaq çox çətindir. Lakin biz atəşkəsə nail olmağa sadiqik”, – deyə Miller vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: