ABŞ-dan gözlənilməz açıqlama: Ölkəmiz süqut edə bilər!

“ABŞ Rusiya və Çinlə hər cür toqquşmadan qaçmalıdır, çünki belə genişmiqyaslı qarşıdurma ölkəmizin tamamilə məhvinə səbəb ola bilər”.

Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami deyib.

“Rusiya və Çin hərbi ittifaqda olarsa, biz də bu durumda Üçüncü Dünya Müharibəsində iştirak etsək, bu gün gördüyümüz ABŞ-ın varlığına son qoyula bilər. Rusiya və Çinin ciddi hərbi kosmik qüvvələri var. Kosmosda ciddi müdafiə və ya hücum imkanlarımız yoxdur”, – siyasətçi bildirib.

Ramasvami qeyd edib ki, bu gün ABŞ-ın iqtisadi-hərbi gücü zəifdir