marko rubio

ABŞ-ın mülki nüvə enerjisi sahəsində imzalayacağı istənilən əməkdaşlıq sazişi ciddi nəzarət və təhlükəsizlik təminatlarını nəzərdə tutacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə sazişi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton Ər-Riyadın mülki nüvə enerjisini başqa dövlətlə deyil, məhz ABŞ-la əməkdaşlıq çərçivəsində inkişaf etdirməsini istəyir.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazmışdı ki, Vaşinqton Səudiyyə Ərəbistanında nüvə infrastrukturunun inkişafı ilə bağlı sazişi rəsmi şəkildə təsdiqləyib.

30 il müddətinə nəzərdə tutulan və dəyərinin on milyardlarla dollar olduğu bildirilən sazişə əsasən, zərurət yaranacağı təqdirdə və hər iki tərəfin razılığı ilə ABŞ şirkətləri krallıqda uranın zənginləşdirilməsi obyektlərini inşa edə biləcək. Nəşrin mənbələri iddia edir ki, mümkün razılaşmada ABŞ üçün bəzi təhlükəsizlik zəmanətləri tam əksini tapmayıb.

Rubio daha əvvəl də bəyan etmişdi ki, ABŞ nüvə silahının yayılmasına imkan verəcək heç bir razılaşmaya getməyəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: