ABŞ öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki. bu barədə ABŞ-ın Livandakı səfirliyinin bəyanatında deyilir.
Açıqlamada səfirliyin Beyrutu tərk edən vətəndaşlar üçün istənilən sayda uçuşlar təşkil edəcəyi vurğulanıb.
Xatırladaq ki, oktyabrın 12-də İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində BMT-nin iki sülhməramlısı yaralanıb. BMT-nin baş katibi Antonio Quterreş və bir sıra Qərb ölkələrinin nümayəndələri İsrail ordusunun hücumunu pisləyiblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell İsraildən açıqlama tələb edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az