ABŞ-da “Z” simvolu olan hərbi yük maşınları satışa çıxarıldı

Amerikanın ən böyük pərakəndə satış şəbəkələri öz platformalarında qapısında Z işarəsi olan “ZIL-131” oyuncaq hərbi yük maşını satmağa başlayıb.

Globalinfo.az xəbər verir ki,  Ukraynalı istifadəçilər pərakəndə satıcılardan məhsulu vebsaytlarından çıxarmağı tələb edənə qədər o, 45 dollara satılıb.

Daha sonra lotlar artıq sifariş üçün mövcud olmayıb. Bundan əvvəl istifadəçilər ABŞ-ın ən böyük onlayn mağazası olan Amazon-u “müharibədən qazanc əldə etməkdə” ittiham edirdilər. Saytın ingilis dilində olan versiyasında üzərində rusiyayönlü hərbi simvollar olan köynəklər 21 funta satılmışdı.