
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bildirilir ki, ABŞ xüsusi xidmət orqanları Texas ştatının Hyuston şəhərindəki yəhudi icmasını hədəf alan böyük hücumu vaxtında dayandırıb:
“FBI və yerli polis tərəfindən keçirilən birgə əməliyyat zamanı iki gənc şəxs saxlanılıb. Onlar ibadət zamanı sinaqoqa hücum edərək mümkün qədər çox insanı öldürməyi planlaşdırmaqda şübhəli bilinir.
Məlumata əsasən, 18 yaşlı Leksinqton sakini olan qadın və Texasdan olan onun şəriki “Congregation Beth Israel” sinaqoquna qarşı kütləvi hücum planı hazırlayıb.
Təhlükəsizlik tədbiri olaraq Hyustondakı yəhudi icmasına aid sinaqoq və “Shlenker” məktəbi bir günlüyünə bağlanıb”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az