ABŞ-da qalmaqal: Tramp onun dərhal işdən çıxarılmasını tələb edir

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Co Bayden administrasiyasında yer alan müdafiə naziri Lloyd Ostinin dərhal tutduğu vəzifədən azad olunmasını tələb edir.

Globalinfo.az xəbər verir ki, Tramp bildirib ki, Ostin qeyri-peşəkar davranışına və vəzifəsini pozduğuna görə dərhal qovulmalıdır:

“O, bir həftə yoxa çıxdı. Hətta Prezident Co Baydenin onun harada olması ilə bağlı heç bir fikri yox idi. Ona görə də Lloyd Ostin general Mark Milley ilə birlikdə işdən çıxarılmalı idi”, – Tramp vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində Pentaqon rəhbəri Milli Hərbi Tibb Mərkəzinə aparılmışdı. Ancaq bu, bir neçə gün sonra rəsmi olaraq elan olunmuşdu. Bu yaxınlarda isə Lloyd Ostin sağaldığını açıqlayıb və tezliklə Pentaqona qayıtmaq üçün səbirsizləndiyini vurğulayıb. Pentaqon rəhbəri eyni zamanda ictimaiyyəti lazımi şəkildə məlumatlandırmadığını da etiraf edib.

Əliyar Xəlil,

Globalinfo.az